"Rusiya Federasiyası daxildən dağılmasa, 24 fevral 2022-ci il təkrarlanacaq".
Bunu Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kiril Budanov deyib.
Onun sözlərinə görə, bundan qaçmaq üçün yeni beynəlxalq təhlükəsizlik sistemi qurmaq lazımdır. O əlavə edib ki, Ukrayna üçün maksimum proqram təkcə 1991-ci il sərhədlərinə çıxış deyil, həm də Rusiya Federasiyasının daxildən dağılmasıdır.
"Lakin biz fikrimizlə, silahımızla, diplomatiyamızla, kəşfiyyatımızla bu prosesə mümkün qədər töhfə verməliyik. Digər hallarda, Ukrayna üçün 24 fevral 2022-ci il səhəri müəyyən fasilələrlə təkrarlanacaq", - o vurğulayıb.