ABŞ-da keçirilən MLS-in ikinci həftəsində Lionel Messinin komandası "İnter Mayami" "LA Qalaksi"ni qəbul edib. 1:1 hesabı ilə bitən görüşü bir sıra dünya ulduzları da izləib.
Qarşılaşmanı tribunada izləyənlər arasında Novak Cokoviç, Candace Parker və Diana Taurasi kimi adlar da olub. Həmin məşhurlardan biri də Kim Kardaşyan olub.
Kardaşyanın oğlu Sent argentinalı superulduz Messi ilə əl-ələ verib meydançaya çıxıb.
Kardaşyan həmin anın fotolarını paylaşaraq bu sğzləri yazıb: "Saint bu axşam La Qalaksi - İnter Mayami matçında Messi ilə meydanda gəzir! O, xəyalını yaşayır!