Bioloji Təbabət Klinikası
Tibbi nümayəndə
Son tarix 23 mar 2024 - [email protected]
Almaniyanın “Heel” əczaçıllıq məhsullarının satışı üçün şirkətimiz Tibbi Nümayəndə vakansiyasını elan edir.
Əsas tələblər:
Ali təhsil (Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti-Əczaçılıq, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Universiteti Biologiya ixtisası üzrə bitirənlər )
Yaş həddi: 21 – 45;
Xarici görünüş və geyim səliqəli olmalı;
Komandada işləmək bacarığı;
Dürüst, səbirli, məqsədyönlü və məsuliyyətli
Vəzifə öhdəlikləri:
Şirkətin məhsullarını təyin olunmuş ərazi üzrə həkimlərə, tibbi müəssisələrə və apteklərə tanıtmaq;
Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək;
Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq;
Seminar və prezentasiyaları təşkil etmək və keçirmək;
Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək;
Gördüyü işlər barəsində gündəlik hesabat hazırlamaq və rəhbərinə təqdim etmək;
Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək;
İş şəraiti:
İş qrafiki: 5 gün, saat 09:30 -18:00;
İstirahət: Şənbə və bazar günləri;
Əmək haqqı: 600-1200 azn
Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzü hissəsində “Tibbi nümayəndə” qeyd edərək CV formalarını e-mail ünvanına göndərmələri xahiş olunur.