Moskvada sərxoş gənc “Tekstilşçiki” metrostansiyasının foyesinə daxil olaraq, ayağı ilə turniketin şüşə sahəsini sındırıb.
Bu barədə paytaxt prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Şübhəlinin 25 yaşlı gənc olduğu üzə çıxıb. Onun bu hərəkəti təhlükəsizlik kamerasına düşüb.
Kadrlarda moskvalının digər sərnişinlərin arxasınca getdiyi və dayanmadan qapını təpiklə vurduğu görünür.