Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İlham Əliyev Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul edib




Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul edib.

 Taufiq bin Fauzən Əl Rabiə İlham Əliyevi prezident seçkilərində qələbəsi və Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbrik edib.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Qonaq əvvəl çalışdığı vəzifələrdə də ölkəyə səfər etdiyini xatırladaraq son dövrlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında bütün sahələrdə olduğu kimi turizm sahəsində də əməkdaşlığın genişlənməsini və qarşılıqlı turist səfərlərinin artmasını məmnunluqla qeyd edib, uçuş reyslərində olan dinamikanı müsbət qiymətləndirib.

Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarına münasibətdə vizaların verilməsi prosesinin asanlaşdırılmasının turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyini deyən Taufiq bin Fauzən Əl Rabiə ölkəsinin də Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosesinin sadələşdirilməsi istiqamətində addımlar atdığını diqqətə çatdırıb.

Qonaq “Expo-2030”un və 2034-cü ildə futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı Azərbaycanın verdiyi dəstəyə görə bir daha təşəkkürünü bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də