Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeni ədliyyə naziri kimdir? – DOSYE



Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Turab oğlu Əhmədov ədliyyə naziri təyin edilib.
 Fərid Əhmədov 1979-cu il təvəllüdlüdür. Onun sonuncu iş yeri Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini olub. Azərbaycan Universitetinin rektoru kimi fəaliyyət göstərən nazir 2021-2022-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri vəzifəsini də daşıyıb. O, hüquq elmləri üzrə fəlsəfə doktorudur.
 
.
Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirib.
 
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb.
 
2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb.
 
2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də