Futbol üzrə İspaniya çempionatının 26-cı turu çərçivəsində keçirilən "Betis" - "Atletik" matçında köməkçi hakim Quadalupe Porras televiziya kamerası ilə toqquşub.
Üzündən ağır sınıq xəsarəti alan hakim xərəkdə meydanı tərk edib.
Bu barədə məlumatı “Marca” saytı yayıb.
Sevilyadakı "Benito Villamarin" stadionunda keçirilən qarşılaşma 3:1 hesabı ilə "Betis"in xeyrinə başa çatıb.
Hadisə matçın 13-cü dəqiqəsində baş verib. “Betis”in oyunçusunun qolundan sonra köməkçi hakim meydançanın kənarında yerləşən kamera ilə toqquşub. Onu ehtiyat hakim Nestor Olgeras əvəzləyib.
İspaniya çempionatında lider 26-cı tur matçını fevralın 25-də keçirəcək "Real Madrid"dir. Qaymaqlıların rəqibi "Sevilya" olacaq. Qarşılaşmanın Moskva vaxtı ilə saat 23.00-da başlaması nəzərdə tutulub. Cədvəldə ikinci yeri "Barselona", üçüncü yeri "Jirona" tutur.
Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ – ŞAD XƏBƏR