Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Macarıstan müxalifəti küçələrə çıxdı



 Macarıstanda müxalifət birbaşa prezident seçkiləri tələbi ilə parlament binası qarşısında iki minə qədər insanın iştirakı ilə mitinq keçirir.

Parlament binasının qarşısında müxalifət partiyaları olan Demokratik Koalisiya, Momentum, Párbeszed və Macarıstan Sosialist Partiyasının nümayəndələrinin, habelə Budapeşt meri Qergeli Karaçsoninin çıxış etdiyi səhnə quraşdırılıb.

İzdiham həmçinin baş nazir Viktor Orbanın istefasını tələb edir.

Başqa bir müxalifət partiyası LMP daha əvvəl bəyanat yayaraq birbaşa prezident seçkiləri tələbini “boş, mənasız şüar” adlandırıb.

 

Bu partiya prezidentliyə öz namizədini irəli sürdü, lakin qeydiyyatdan keçmək üçün deputatların 20 faizinin razılığı tələb olundu, digər müxalifət partiyaları isə onu dəstəkləmədilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də