İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında Rəfah əməliyyatı Həmas qruplaşması ilə girovlarla bağlı razılaşma şərti ilə müəyyən müddətə təxirə salına bilər, lakin hər halda hücum baş tutacaq.
“Əgər razılaşsaq, əməliyyat hansısa şəkildə gecikə bilər, amma hər halda olacaq. Razılaşma olmasa, əməliyyatı onsuz da həyata keçirəcəyik”, – deyə Netanyahu Amerikanın CBS telekanalına müshibəsində deyib.
O qeyd edib ki, İsrail Rəfəhdə hərbi əməliyyatlara başladıqdan sonra “bir neçə həftədən sonra” “tam qələbə” əldə olunacaq.
Onun sözlərinə görə, HƏMAS-ın qalan altı batalyonundan dördü Rəfahda cəmləşib.
Netanyahu həmçinin tərəflərin hazırda girov müqaviləsi üzərində işlədiyini təsdiqləyib, lakin təfərrüatları açıqlamayıb.