
İsrail hakimiyyəti Qəzza zolağında yardım göstərən yardım işçiləri üçün viza və iş icazələrinin uzadılmasını müvəqqəti dayandırıb.
Bu barədə Bloomberg məlumat yayıb.
Məqalənin başlığında deyilir: “İsrail fələstinlilərlə işləyən yardım qruplarına viza verməkdən imtina edir”.
Materialda bu qadağanın İordan çayının qərb sahilində çalışan humanitar işçilərə də şamil edildiyi bildirilir.