
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ötən cümə axşamı Ukraynaya gizli səfər edib.
Bu barədə New York Times qəzeti yazır.
ABŞ Konqresi 2023-cü ilin oktyabrından Ukraynaya yeni yardım paketini təsdiq edə bilmir. Bu səbəbdən dekabrın sonundan ABŞ Kiyevə silah və sursat, o cümlədən artilleriya mərmiləri verməyi dayandırıb.
Onun sözlərinə görə, səfərin məqsədi ABŞ Konqresinin Nümayəndələr Palatasının Kiyevə əlavə maliyyə ayrılmasını bəyənməməsi fonunda Ukrayna rəhbərliyini əmin etmək olub.