Fevralın 24-də Nizami Kino Mərkəzində “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi “13” adlı bədii-sənədli filmin təqdimat mərasimi keçirilib. Xocalı itkinlərindən 13 nəfərin naməlum taleyini araşdıran film QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Agentliyin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, əsir, girov və itkinlər mövzusuna müvafiq QHT layihələrində geniş yer verilməsi əsas prioritetlərdən biridir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Eldar Səmədov itkinlərin axtarışı ilə əlaqədar işlərin son itkinin taleyi müəyyən edilənədək davam edəcəyini və artıq işğaldan azad edilən ərazilərdə 13 kütləvi məzarlığın aşkarlandığı bildirib.
Bədii-sənədli filmin müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, telejurnalist və ssenarist Mübariz Əsgərov film üzərində peşəkar komandanın aylarla gərgin iş apardığını diqqətə çatdırıb