Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu gün əslən Qərbi Azərbaycanın Zəngəzur mahalı Qarakilsə rayonundan olan tanınmış jurnalist, rejissor, 1001info.az saytının təsisçisi və baş redaktoru Kəmalə Əvəz qızı Mirzəyevanın doğum günüdür



Kəmalə xanımın gözəl qəlbi, zəngin - coşqulu həyatı, yaşam dolu istəkləri və üstəgəl bir ruh insanına məxsus düşüncə tərzi , yaradıcı dünyası var. Öyrənmək bu gözəl xanımın həyat kredosudur. Kəmalə xanım çox zəngin mənəviyyat dünyasına, güclü müşahidə qabiliyyətinə malik ziyalı xanımdır.  

Kəmalə Mirzəyeva uzun illər Aztv, TrtAvaz kanallarında çalışıb. “Qaliblər”, “Həyat hekayələri” proqramlarının aparıcısı  olub. 

"Şuşa öz tarixi, məşhur abidələri və övladları ilə", "Ya Qarabağ, Ya ölüm", "Ruhum Qarabağlıdır", "Tanqo", "Qorxulu yuxuların qəhrəmanı", "Ruhlar şəhəri", "Hay ver mənə, leytenant", "Əhmədə deyin kı..." və digər  filmlərdə ,   "Şuşanın şikəstəsi", "İgidlər diyarı", "Ulu öndər", "Sarı gəlin", "Arazbarı" kimi əsərlərdə ssenari müəllifi, redaktor və rejissor kimi çalışıb.

Mətbuat Şurası ilə "O” film studiya"nın bırgə layihəsi olan "Mətbuat  tariximiz-İstiqlal yolumuz" silsiləsindən  Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Şirməmməd Hüseynov, Xədicə Əlibəyova, Məhəmməd ağa Şaxtaxtlı, Ömər Faiq Nemanzadə və digərlərinə həsr olunmuş filmlərdə ssenari müəllifi, redaktor və rejissor kimi fəaliyyət göstərib. 

Mətbuat Şurasının daha bir layihəsi “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən çəkilən Qarabağ müharibəsi  qəhrəmanları Raquf Orucov,  Təbriz Musazadə, Urfan Vəlizadə, Əbubəkir İsmayılov,  Ərəstun Mahmudova həsr olunmuş filmlərin rejissorudur..  

Aztv-nin  “Repressiya” adlı layihəsində Bəkir Çobanzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Əhməd Cavad və s. kimi Azərbaycanın görkəmli elm, mədəniyyət və ictimai xadimləri haqqında sənədli filmlərin  ssenari müəllifidir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli qəhrəmanları” çərçivəsində hazırlanan "Qəhrəmanlar qadın rejissorların gözü ilə" adlı 3 qadın rejissorun yer aldığı layihədə Milli Qəhrəman  Niyazi Aslanova həsr olunan “Mən sizinləyəm” sənədli filminin rejissorudur. 

”Həyat hekayələri” kitabının müəllifi və onlarla kitabın redaktorudur. 

 Mərd, zəhmətkeş və hər şeydən əvvəl böyük ürəyə sahib olan  dəyərli həmyerlimiz Kəmalə xanımı doğum günü münasibətilə təbrik edirik, yaradıcılıq uğurları, xoşbəxt ömür arzulayırıq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də