Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov erməni işğalından azad olunmuş ərazilərdə 13-cü kütləvi məzarlıq aşkarlandığını bildirib.
E.Səmədov bu barədə "Nizami" Kino Mərkəzində Xocalı faciəsi itkinlərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli filminin təqdimatı zamanı danışıb.
O, xalqımıza qarşı törədilən cinayətlərin heç vaxt unudulmayacağını diqqətə çatdırıb.
E.Səmədov deyib ki, Dövlət Komissiyası itkin vətəndaşlarımızın taleyi ilə sonuna qədər maraqlanacaq.