
Bəs paytaxta nə vaxt qar yağacaq?
Bu və digər suallara aydınlıq gətirmək üçün Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosuna müraciət etdik.
RegionTV.info bildirir ki, qurumun direktoru Gülşad Məmmədova Baku.ws-ə açıqlamasında deyib ki, arktik soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində ayrı-ayrı illərdə qış ayları çox soyuq keçir.
"Çoxillik meteoroloji müşahidələrə görə Bakıda yanvar ayı üçün ən soyuq hava 1907-ci il yanvarın 24-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu 11 dərəcə şaxta təşkil etmişdir.
2008-ci il yanvarın 7 və 8-də Bakıda qar müşahidə edilib. Qarın hündürlüyü 8 yanvarda 44 sm təşkil edib. Atmosferin ümumi sirkulyasiyasından və sinoptik proseslərdən asılı olaraq, hərdən fevral ayı yanvar ayından soyuq olur.
Fevral ayında ən soyuq hava 2012-ci il fevralın 08-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu Bakıda 11 dərəcə şaxta olub. 2017-ci il fevralın 1-2 də Bakıda qar yağmış və qarın hündürlüyü 29 sm. təşkil etmişdir.
Çoxillik meteoroloji müşahidələrə görə ən soyuq dekabr 1924-cü il dekabrın 26-da Bakı şəhərində qeydə alınmışdır. Həmin gün havanın minimal teperaturu 8.8 dərəcə şaxta olmuşdur", - deyə Gülşad Məmmədova bildirib.
Gülşad Məmmədova deyir ki, bütün çoxillik müşahidələrə görə Bakıda ən soyuq sutkalıq yağıntı 2002-ci il dekabrın 10-da gündüz və 11-nə keçən gecə müşahidə olunub:

"Bu da dekabr ayı üçün sutka ərzində rekorddur. 48 mm yağıntı (qar) düşmüşdür. Dekabrın 11-də Bakıda qarın hündürlüyü 50 sm. təşkil etmişdir".
Gülşad Məmmədovanın sözlərinə görə, paytaxt üçün qış aylarında əsasən şimal-qərb küləyi xarakterikdir:
Qış aylarında əsasən şimal-qərb küləyi əsmişdir. Küləyin maksimal sürəti 2007-ci il (fevralın 24-25 də), 2015-ci il (dekabrın 3-4 də), 2019 cu ildə (yanvarın 17-18 də) 35-41 m/s çatmışdır. Güclü külək, şimşək, çovğun və qar da müşahidə edilmişdir".
Gülşad Məmmədova qarşıdan gələn son 3 günün də hava proqnozlarını açıqlayıb:
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Cənub küləyi 8-13 m/s, arabir 15-18 m/s. olacaq. Havanın temperaturu gecə 3-6°, gündüz 9-13° isti olacaq".

Qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 9-14° isti olacaq".
Qeyd edək ki, qarşıdadı 4 gün ərzində Bakıya qar yağmayacaq. Lakin yanvar-fevralda yağması istisna deyil.
Milli.Az