Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qarabağ Universitetində keçid balı nə qədər olacaq?

Qarabağ Universitetində keçid balı nə qədər olacaq?


2024-2025-ci tədris ili üçün  Qarabağ Universitetinə qəbul planlaşdırılır. Tələbələrin sayı növbəti illərdə 10 mindən çox olacaq. Qarabağ Universitetinə müxtəlif ixtisaslar üzrə tələbə qəbulu nəzərdə tutulur. Bakalavr səviyyəsində 5 istiqamətdə 20 ixtisas üzrə tədris aparılacaq.

 Pedaqoji, iqtisadiyyat, mühəndislik, humanitar və sosial elmlərə aid, incəsənət, turizm sahələri üzrə ixtisaslar tədris olunacaq. Növbəti mərhələdə bu ixtisasların sayı artırılacaq. Universitetdə 10 istiqamət üzrə ixtisasların olmasını nəzərdə tutulur. 

 Bəs universitet üçün keçid balları neçə olacaq və bu ballar necə formalaşacaq?

Təhsil eksperti Elmin Nuri bildirib ki, qarşıdakı tədris ilində fəaliyyət göstərəcəyinə  görə keçid balını demək çətindir:

 

“Qarabağ Universitetinə qəbulun birinci ili olacaq, bu universitet hələ fəaliyyətdə deyil. Uyğun prosedur, keçid balının formalaşması mexanizmi bunu müəyyənləşdirəcək.

Məsələ, Bakı Dövlət Universiteti testin yaradılmasından sonra 30 ildir ki, qəbul keçirir. Burada keçid ballarını bilmək olur. Çünki, bizdə datalar, ötən ilki nəticələr var.  Qarabağ Universitetinə isə tələbə qəbulu ilk dəfə keçiriləcək. İndidən müəyyənləşdirmək mümkün  deyil. Bunu Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi mexanizm özü müəyyənləşdirəcək”. 


Təhsil eksperti Qarabağ Universitetində keçid balının necə müəyyənləşəcəyini izah edib:

 

“Əlbəttə, öncə qəbul imtahanı verilir. İkinci cəhddən sonra ballar müəyyənləşir. İxtisas seçimi mərhələsi keçid balını formalaşdırır. 

 

Qarabağ Univeristetinin ibtidai sinif müəllimliyi ixtisasını nə qədər abituriyent qeyd edəcəksə, onların sayı və həmin ixtisasa ayrılan plan yeri əsas rol oynayacaq. Məlumdur ki, plan yeri öncədən müəyyənləşəcək. Bunu ixtisas seçimindən əvvəl “Abituriyent” 4 jurnalında görəcəyik. 

 

Əgər Qarabağ Universitetinin İbtidai sinif müəllimliyi ixtisasına  30 yer ayrılacaqsa, bu ixtisasa 300 nəfər müraciət edəcəksə, 300 nəfərin göstərdiyi ümumi nəticə keçid balını formalaşdıracaq. Yaxşı bal toplayan 30 nəfər həmin ixtisasa qəbul ola biləcək. 


Bundan sonra biz keçid balının nə qədər olduğunu biləcəyik. Qəbulu ilk dəfə aparılan ixtisaslarla eyni zamanda yeni fəaliyyət göstərən universitetlə bağlı keçid balını demək mümkün deyil. Prosedur özü bunu müəyyənləşdirəcək”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də