Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Uzun müddət bağlı qalan 2 bağçaya qeydiyyat BAŞLADI





Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki yeni istifadəyə verilmiş iki uşaq bağçasına elektron qeydiyyata start verilib.

İdarədən  verilən məlumata görə, Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən 348 saylı uşaq bağçası və Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 347 saylı körpələr evi-uşaq bağçasına uşaqların qəbulu prosesi başlayıb.

Həmin ərazidə yaşayan valideylər //www.bq.edu.az qeydiyyat sistemində şəxsi kabinet yaradaraq övladlarını qeydiyyatdan keçirə və növbəyə yazıla bilərlər.

Qeyd edək ki, 348 saylı uşaq bağçasında 5, 347 saylı körpələr evi-uşaq bağçasında isə 7 qrupun fəaliyyətə başlaması nəzərdə tutulur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də