ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukrayna ətrafındakı münaqişəni qısa müddətdə həll edə biləcəyini bildirib.
Tramp Tennessi ştatındakı xristian konfransında deyib:
“Mən vəzifəyə başlama ərəfəsində güc yolu ilə sülhü bərpa edəcəyik. Seçkidə qalib gələndən sonra tezliklə Rusiya və Ukrayna arasında nizamlanmaya nail olacağam”.
Tramp deyib ki, Üçüncü Dünya müharibəsinin başlanmasının qarşısını yalnız o ala bilər. “Biz III Dünya Müharibəsinə çox yaxınıq”, - eks-prezident vurğulayıb.