
Bakıda 32 yaşlı kişi dəm qazından ölüb. Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Rüstəm Əmircanov qonaq gəldiyi evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.