Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əhalisinin sayı üç mindən az olan bələdiyyələr birləşdirilir - Yeni layihə

Əhalisinin sayı üç mindən az olan bələdiyyələr birləşdirilir - Yeni layihə


Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub.

Bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanunverici orqanın fevralın 23-də keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, layihələr bələdiyyələrin problemlərinin həlli ilə bağlıdır və artıq komitəyə təqdim olunub: “Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb”.

 

S.Novruzov bildirib ki, layihələrdən biri “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, həm də “Bələdiyyələrin statusu haqqında”dır: “Belə ki, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də