ABŞ prezidenti Co Bayden Ağ Evdə Yuliya və Daria Navalnıyı qəbul edib.
Bu barədə Amerika prezidentinin X sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
Amerika prezidenti Aleksey Navalnının ölümü ilə bağlı onlara başsağlığı verib.
Bundan əlavə, görüş zamanı Co Bayden “Navalnının ölümünə cavab olaraq”, eləcə də Ukrayna böhranı ilə bağlı yeni sanksiyalar paketinin tətbiq olunduğunu açıqlayıb.