Bu il bələdiyyə seçkilərinə xüsusi diqqət yetirmək lazımdır.
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.
“Bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Bu gün görürük ki, bələdiyyələrin ciddi maliyyə problemləri var. Bu məsələnin aradan qaldırılması üçün işlər görülməlidir. Bu gün bələdiyyələrə qəbirstanlılar verilir. Amma bələdiyyələrin özü bunu qəbul etmək istəmir. Çünki onu idarə edəcək maliyyəsi yoxdur. Bundan əlavə, bələdiyyə teatrları, məktəbləri və s. yaradılmalıdır”, - deyə o bildirib.