İsveçrə və Portuqaliya millilərinin sabiq baş məşqçisi Artur Jorje vəfat edib.
Mütəxəssis bu gün 78 yaşında dünyasını dəyişib.
Portuqaliyalı məşqçi karyerasını 69 yaşında başa vurub. O, SSKA, “Benfika”, "Portu", PSJ, “Vites”, “Əl-Nəsr”, “Əl-Hilal” kimi komandaların baş məşqçisi olub. Jorje Kamerun, İsveçrə və Portuqaliya millilərini də çalışdırıb.