Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Universitetlərə qəbul yerləri 60 minə çatdırılacaq

Universitetlərə qəbul yerləri 60 minə çatdırılacaq


Qarabağ Universitetinin və Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlayacağı gözlənilir. Hər iki universitetə tezliklə qəbul elan ediləcəyi gözlənilir.

 

Mediada universitetlərin strateji önəmindən geniş bəhs edilib. Ancaq bununla yanaşı qeyd edək ki, Azərbaycanın təhsil sisteminə 2 yeni universitet daxil olur. Bu, ölkəmizin təhsil sistemi yeni imkanlar vəd edir.

 

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək. Universitetin fəaliyyətinin təşkili üçün 10 milyon manat ayrılıb. Təhsil ocağında ilk mərhələdə 24 ixtisas tədris olunacaq. Bunlar aşağıdakılardır: İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Kompüter elmləri, Kompüter mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix, Kommunikasiya və rəqəmsal media, Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə marketinq, Menecment, Mühasibat, Turizm işinin təşkili, Turizm bələdçiliyi.

Türkiyə-Azərbaycan Universiteti isə Bakı şəhərində yerləşəcək. Fevralın 19-da “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. "Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir", - dövlət başçısı vurğulayıb.

 

Universitet ilkin mərhələdə səhiyyə, mühəndislik və texnologiya (bilişim) sahələrində fəaliyyət göstərəcək, növbəti tədris ilində isə ilk tələbələrini qəbul edəcək. Bu universitet tamamilə yeni yaradılmış müəssisə olmayacaq, fərqli universitetlərin müxtəlif proqramlarını eyni dam altında birləşdirən “yeni nəsil” universitet olacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də