Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı müstəntiqin vəsatətinə, prokurorun təqdimatına baxılıb.
Bu gün Xətai rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub.
Qərara əsasən, vəsatət və təqdimat təmin olunub, Əhməd Əhmədovun barəsində tibbi-psixi ekspertiza keçiriləcək.
Bu səbəbdən yaxın günlərdə Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına köçürüləcək və müşahidə altında saxlanılacaq.
Müşahidələr zamanı onun anlaqlı olub-olmadığı ilə bağlı rəy formalaşdırılacaq.