Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan iki il bu təşkilata sədrlik edəcək

Azərbaycan iki il bu təşkilata sədrlik edəcək


Azərbaycan Milli Məclisi Asiya Parlament Assambleyasına sədrliyi iki il müddətinə öz üzərinə götürüb.

Bu barədə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

 Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sədrliyi Türkiyədən Azərbaycana ötürüb.

“Azərbaycan parlamenti olaraq biz APA-ya mühüm platforma kimi baxırıq. Bu, bizim parlamentlərarası dialoqumuzu dərinləşdirməyə birgə istəyimizi əks etdirir. İnanıram ki, təşkilatın institusional potensialının inkişafı əməkdaşlığımızı daha da gücləndirəcək”, - spiker deyib.

 

Təşkilatın Baş katibi Məhəmməd Rza Məcidi qeyd edib ki, Azərbaycan Respublikasının Milli Məclisinin sədrliyi ilə Asiya Parlament Assambleyası qarşıdakı iki ildə çiçəklənəcək və uğur qazanacaq.

 

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş isə bildirib ki,  Azərbaycanın APA-ya sədrliyi ilə Asiya ölkələri arasında münasibət və əlaqələrin daha da möhkəmlənəcəyinin şahidi olacağıq: "Biz bu sədrlik dövründə Azərbaycana bütün dəstəklərimizi bildirəcəyik”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də