Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xəstə uşaqlara toplanan 1 milyon manatı ələ keçirən qadınların məhkəməsi başladı

Xəstə uşaqlara toplanan 1 milyon manatı ələ keçirən qadınların məhkəməsi başladı


Talassemiyalı uşaqlar üçün toplanmış 1 milyonluq vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror Fariz Rzayev prosesin məhkəmə baxışına verilməsini təklif edib.

 Məhkəmənin ilk baxış iclası fevralın 28-nə təyin edilib.

 Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də