Taninmiş fitnes məşqçisi Kamil Zeynallı Ermənistan tərəfindən 4 maddə ilə axtarışa verilib.
Bu barədə onun vəkili Ələkbər Qarayev söyləyib.
O bildirib ki, K.Zeynallı Rusiyada Ermənistanın sorğusu əsasında saxlanılıb. “ Prokurorluqda hazırda iş aparılır. Əgər əlavə materiallar göndərilərsə, Kamil Zeynallıya qarşı həbs qətimkan tədbiri tətbiq oluna bilər”, - məlumatda deyilir.
Qeyd olunur ki, Kamil Zeynallı Ermənistan Cinayət Məcəlləsinin 135 (insanlığa qarşı cinayətlər), 137 (müharibə cinayətləri), 140 (müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (muzdlu cəlb etmək) və 149-cu (təcavüz) maddələri ilə ittiham olunur.
Tanınmış idmançı Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanıldığını bildirib. XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altındadır. “Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa, bildiriləcək”, - məlumatda deyilir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, vəkillər artıq Kami Zeynallı ilə görüşüb və onunla daim əlaqə saxlayırlar. Səfirin sözlərinə görə, K.Zeynallı hələ MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələbi ilə bağlı saxlanılıb.