Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Litva Rusiya və Belarusla ticarət əlaqələrini kəsir

Litva Rusiya və Belarusla ticarət əlaqələrini kəsir


Litva Belarus və Rusiya ilə ticarət əlaqələrini kəsməyi təklif edib.

Bu barədə Litvanın LRT nəşri yazıb.

Qeyd olunub ki, Litvanın Xarici İşlər Nazirliyi ölkə hökumətinə Belarus və Rusiya ilə müvafiq olaraq 1994 və 1993-cü illərdə imzalanmış ticarət-iqtisadi əməkdaşlıq haqqında mövcud sazişlərə xitam verməyi təklif edib.

 Nazirlik artıq müvafiq qərar layihələrini hazırlayıb.

 Litva Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya və Belarusun Ukraynaya qarşı davam edən hərbi təcavüzü və onlarla əməkdaşlığın tamamilə dayandırılması və qeyri-mümkün olması nəzərə alınaraq, razılaşmalar denonsasiya edilməlidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də