Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) tədbirlərində iştirak edəcəklər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, Milli Məclisin deputatı, QDİƏT Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu təşkilatın Daimi komitəsinin xüsusi iclasında və Prosedur qaydaları üzrə işçi qrupunun toplantısında iştirak etmək üçün fevralın 22-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
İclaslarda QDİƏT-in Prosedur qaydalarına və təşkilatın Beynəlxalq Katibliyinin İşçi Qaydalarına düzəlişlərə baxılacaq, müvafiq qərarlar qəbul ediləcək.
Deputatların səfəri fevralın 24-də başa çatacaq.