Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gözəllik salonundan lazer aparatı oğurlayan şəxslər saxlanıldı - VİDEO

Gözəllik salonundan lazer aparatı oğurlayan şəxslər saxlanıldı - VİDEO


Polis əməkdaşları Bakı şəhəri Sabunçu Rayonunun Zabrat qəsəbəsində gözəllik salonundan bahalı lazer aparatı oğurlayan şəxsləri saxlayıb.

 Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə paytaxt sakini olan bir nəfər şikayət edərək ona məxsus gözəllik salonundan 17000 manat dəyərində lazer aparatının oğurlanması barədə məlumat verib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 1970-ci il təvəllüdlü Rasim Əhmədov və 1977-ci il təvəllüdlü Riyad Şükürov saxlanılıblar.

 

Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də