Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Akif İslamzadə İlham Əliyevə məktub yazdı: “Dualarımız Sizinlədir”

Akif İslamzadə İlham Əliyevə məktub yazdı: “Dualarımız Sizinlədir”


Tanınmış ifaçı, “Şöhrət” ordenli müğənni Akif İslamzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.

Akif İslamzadə Prezidentə ünvanladığı məktubda yazıb:

“Hörmətli cənab Prezident.

Sizin Azərbaycanda keçirilən növbəti prezident seçkilərində inamlı qələbəniz bir daha xalqın Sizə olan inamını təsdiq etdi.

Sizin sayənizdə Qarabağda separatizmə son qoyuldu, ata-babalarımızın arzuları həyata keşdi, ölkəmizin suverenliyi bərpa olundu.

Sizin uzaqgörən siyasəniz sayəsində Azərbaycanın bütün ərazilərində Prezident hakimiyyəti bərpa olundu. Bu qələbəniz gələcəkdə türk dünyasının da birliyinin inkişafına təkan verəcək.

Allah Sizə yar olsun! Bizim dualarımız Sizinlədir.

Hörmətlə,

İslamzadə Akif Qədir oğlu, “Şöhrət” ordenli müğənni”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də