Argentina millisinin futbolçusu Lionel Messi 2023-cü ildə qazandığı “Qızıl top” mükafatını vaxtilə çıxış etdiyi İspaniyanın “Barselona” klubunun muzeyinə bağışlayıb.
37 yaşlı hücumçu bu mükafatın da əvvəlkilərin yanında yer almasını istəyib.
Təcrübəli forvard daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub və onların hər biri hazırda Kataloniya təmsilçisinin muzeyindədir.
Qeyd edək ki, Lionel Messi 2003-2021-ci illərdə "Barselonada çıxış edib. O, hazırda ABŞ-ın "İnter Mayami" klubunun formasını geyinir.