Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda erkən yaşda ərə verilən qızların rəsmi SAYI

Azərbaycanda erkən yaşda ərə verilən qızların rəsmi SAYI


Azərbaycanda qızların erkən yaşda ərə verilməsi halları oğlanların erkən evləndirilməsi hallarından dəfələrlə çoxdur. Bunu rəsmi statistika da təsdiqləyir.

 Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2020-ci ildə 15-17 yaşlarında olan 165 qız rəsmi nikaha girib. Həmin il o yaşda oğlanlardan evlənən olmayıb.

2021-ci ildə erkən yaşda nikaha girən 15-17 yaşlı qızların sayı 137 nəfər olub. 15-17 yaşlı oğlanlara gəldikdə, cəmi 1 nəfər rəsmi nikaha daxil olub.

2022-ci ildə erkən yaşda ərə verilən qızların sayı iki dəfə artıb. Belə ki, 270 qız 15-17 yaşda nikah bağlayıb. Bu yaşda nikaha girən oğlan isə olmayıb.

2023-cü ilin rəsmi statistikası hələ açıqlanmayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də