Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ali Məhkəmədə vərəsəlik hüququ ilə bağlı məsələlər müzakirə edildi

Ali Məhkəmədə vərəsəlik hüququ ilə bağlı məsələlər müzakirə edildi


Ali Məhkəmədə Mülki kollegiyanın hakimləri ilə Azərbaycan Notariat Palatası və Ədliyyə Nazirliyinin Notariat idarəsinin rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə ölkəmizin vərəsəlik hüququ ilə bağlı yeni dövrə keçidini şərtləndirmiş Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarında əks olunmuş hüquqi mövqelər müzakirə edilib.

Tədbirdə xüsusilə, bu hüquqi mövqelərin vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi sahəsində notariat orqanlarının fəaliyyətinə və məhkəmə təcrübəsinə təsiri, təcrübənin vahidliyini təmin edəcək yeni yanaşmalar, habelə aidiyyəti qanunvericilik aktlarının təkmilləşdirilməsi və vətəndaşların maarifləndirilməsi ilə bağlı həyata keçirilməsi zəruri olan tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

 Görüşdə həmçinin bu sahədə müvafiq tənzimləmənin həyata keçirilməsində üzə çıxacaq çətinliklərin operativ həlli məqsədi ilə qarşılıqlı dialoqun davam etdirilməsi barədə razılıq əldə olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də