Gecə saatlarında Ağdamın Quzanlı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1985-ci il təvəllüdlü Ağdam rayon icra hakimiyyəti başçısının Əlimədətli kənd inzibati ərazi nümayəndəsi işləyən Cabbarov Fərrux Nazim oğlunun idarə etdiyi "Lada Priora" markalı avtomobil ağaca çırpılıb.
Xındırıstan kəndi baş verən qəza nəticəsində sürücü hadisə yerində ölüb. Məlumata görə, F.Cabbarov avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə edib.
Faktla bağlı cinayət işi başladılıb, istintaq aparılır.