Bəzi cərimələr bələdiyyələ yersiz olaraq verilir.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev bildirib.
“Belə ki, hardasa ağac quruyur, tullantı olur, suvarmada problem varsa və s hadisə baş verirsə, bələdiyyələr cərimələnir. Bununla bağlı işləri başqa qurumlar görməlidir. Bu kimi hadisələr bələdiyyələrin nüfuzunun aşağı düşməsinə səbəb olur. Eyni zamanda daha sonra məhkəmə qarşısında hörmətdən düşürlər. Hesab edirəm ki, bu kimi məsələlər gələcəkdə öz həllini tapa bilər”,- deyə o bildirib.