
RegionTV.info xəbər verir ki, sərəncamda əsasən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilir.
Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına tapşırılır ki, bu Sərəncamın icrasının təmin edilməsi ilə bağlı aidiyyəti üzrə lazımi tədbirlər görsünlər.
Musavat.com