Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Münhen Təhlükəsizlik Konfransının hesabatını siyasi qərəzli adlandırıb.
Bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Belə ki, sənədlərdən birində hakim “Gürcü Arzusu” Partiyasının qurucusu, milyarder Bidzina İvanişvili Gürcüstanın demokratiyadan geri çəkilməsinə və Aİ-dən uzaqlaşmasına görə məsuliyyət daşıyan “rusiyapərəst oliqarx” olaraq təqdim edilib.
"Bir neçə gün əvvəl dərc olunmuş hesabatla bağlı icraçı direktorla danışmaq imkanım oldu. Ekspert rəyinə əsaslanan bu qiymətləndirmə reallığı əks etdirmir", - İlya Darçiaşvili bildirib.