Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sanatoriyaya gətirdiyi əcnəbi qadının pulunu əlindən aldı

Sanatoriyaya gətirdiyi əcnəbi qadının pulunu əlindən aldı


Naftalanda əcnəbi şəxsə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Naftalan Şəhər Polis Şöbəsinə müraciət edən Rusiya Federasiyasının vətəndaşı K.Qafurova fevral ayının 12-də onu Bakı şəhərindən Naftalan şəhərində yerləşən sanatoriyaya gətirən şəxsə 100.000 rus rublu məbləğində nağd pulu (1820AZN) valyuta mübadiləsi etməsi üçün verdiyini, lakin sonuncunun pulu geri qaytarmadığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Qafurovanın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Rövşən Bağıyev saxlanılıb.

 Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də