Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BMT Navalnının ölümü ilə bağlı açıqlama yayıb



Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş rusiyalı dissident Aleksey Navalnının Rusiyada həbsxanada ölümü ilə bağlı etibarlı və şəffaf araşdırma aparılmasına çağırıb.

Bu  barədə  BMT-nin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında Quterreşin bəyanatını çatdırıb.

 Quterreş Navalnının ölüm xəbərindən sarsıldığını bildirib və ailəsinə başsağlığı verib.

Baş katib rusiyalı dissident Navalnının həbsxanada ölümü ilə bağlı “etibarlı və şəffaf” təhqiqatın aparılmasına çağırıb.

Navalnının cəzası

Kreml tənqidçisi Aleksey Navalnı 2021-ci il yanvarın 17-də Almaniyanın paytaxtı Berlində müalicə aldıqdan sonra paytaxt Moskvaya qayıdarkən, zəhərləndiyi iddiası ilə hava limanında həbs edilib.


Rusiya Federal Penitensiar Xidmətinin tələbi ilə 2021-ci il fevralın 2-də Navalnıya qarşı Moskva Şəhər Məhkəməsində qaldırılan iş yekunlaşıb; Keçmişdə korrupsiya işi nəticəsində ona verilən 3,5 il şərti həbs cəzası məhkəmə nəzarəti şərtlərini yerinə yetirmədiyi əsas gətirilərək normal həbs cəzasına çevrilib.

 

Rusiya məhkəməsi 2023-cü ilin avqustunda həbsdə olan Navalnıya ekstremist icma yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də