Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müdafiə Nazirliyi açıqlama yaydı



Ermənistan Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də