Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu marşrutlarda qiymətlər artırılıb (VİDEO) Bu marşrutlarda qiymətlər artırılıb (VİDEO)

RegionTV.info 

İctimai nəqliyyatda gediş haqqını 40 qəpik ediblər. 

Ağdaş rayonunda ictimai nəqliyyatda qiymətlər süni olaraq artırılıb.
Ağdaşda istər şəhər daxili, istərsə də qəsəbə və kəndlərə hərəkət edən marşrut xətlərində gediş haqları bütün xətlər üzrə süni şəkildə 10 qəpik artırılıb.
Məsələ ilə bağlı Göyçay Avtomobil Nəqliyyatı Xidmətinin Göyçay Regional şöbəsindən bildiriblər ki, bu kimi halların baş verməməsi üçün əməkdaşlarımız tərəfindən mütəmadi olaraq reydlər keçirilir:
“Süni qiymət artımına yol verən sürücü və sahibkarlar barəsində protokollar tərtib edilib. Artıq şöbəyə Ağdaş rayon ərazisində sürücü və sahibkarlar tərəfindən süni qiymət artımı ilə bağlı şikayətlər daxil olub. Bununla bağlı Ağdaş rayonunda reydlər keçirilib. Qanunsuz gediş haqqını qaldıran sürücülər barəsində protokollar yazılıb”.


Baku TV

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də