Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qarla bağlı AÇIQLAMA



Fevralın 17-də ölkə ərazisində havanın yağıntılı olacağı gözlənilir.

 Bu barədə   Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir.

 Gecə və axşam bəzi yerlərdə yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

 Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq.

 Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də