“Ödənişli yollarda özbaşınalıq edənlərə, heç olmasa, 15 gün küçə süpürtmək lazımdır”.
Bu barədə deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında deyib.
“Biri 200-lə sürür özünü çəkir, biri xuliqanlıq edir və s. İctimai qınaq olmalıdır. Neçə-neçə ailələrin taleyi bunlardan asılı olur”, - S.Novruzov deyib.
O,Bakıda yolların avtobus, velosiped üçün ayrılmasının darısqal yollarda idarəetmə problemləri yaratdığını bildirib:
“Avtobus üçün nəzərdə tutulan zolaqda həmin nəqliyyat vasitəsi olmayanda minik avtomobillərin istifadəsi üçün şərait yaradılmasını tənzimləmək lazımdır. Tramvayların çəkilməsi ilə bağlı məsələ də qaldırılır. İrəli baxmaq lazımdır. Yaponiyada, BƏƏ-də göydə uçan taksilər kəşf edilir. Görəcəyik ki, gələcəkdə başqa ölkələrdə səmada uçan taksilər fəaliyyət göstərir. Odur ki, yeraltı nəqliyyatın inkişafına diqqət etmək lazımdır”.