Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məhkəmə islahatlarına ciddi ehtiyac var, vəziyyət acınacaqlıdır - Deputat

Məhkəmə islahatlarına ciddi ehtiyac var, vəziyyət acınacaqlıdır - Deputat


“Azərbaycanda bu gün məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət olduqca acınaqlıdır. Bununla əlaqədar çox sayda vətəndaş narazılığı var. Bir çox hallarda açıqdan-açığa məhkəmə qərarları icra olunmur”.

Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.


“Baxmayaraq ki, bunun səbəbi soruşulanda cava verirlər ki, guya işləri çoxdur və çatdıra bilmirlər. Lakin bu həqiqətdə belə deyil. Bu sahədə ciddi nizam-intizamın, nəzarətin bərpa olunmasının vacibliyinə diqqət yetirməliyik. Hakimlər qəbul etdikləri qətnamələrin icrasına görə birbaşa məsuliyyət daşımalıdır. Eyni zamanda həmin qərarların icrasını görməyənlər barədə elə həmin hakimlər cinayət işi başlanılmalıdır. Bir sözlə, məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var”, - o qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də