Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əziz Məmmədov vəfat etdi



Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Əziz Məmmədov vəfat edib. Bu barədə BDU-dan bildirilib. Əziz Məmmədov 1939-cu ildə anadan olub. 1955-ci ildə orta məktəbi qızıl medalla bitirib, təhsilini BDU-nun Fizika fakültəsində davam etdirib. 1967-ci ildə "Müasir fizikada məkan-zaman problemi" mövzusunda dissertasiya müdafiə edərək, fəlsəfə elmləri namizədi, 1994-cü ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsi alıb. Əziz Məmmədov 1965-ci ildən BDU-nun Fəlsəfə kafedrasında işləyib, 1995-ci ildən kafedranın professoru olub. Fizika, təbiətşünaslığın fəlsəfi problemləri, dialektika və idrak nəzəriyyəsi, idrak nəzəriyyəsi və metodologiya, sinergetika və məntiqşünaslıq üzrə görkəmli mütəxəssis olub. 43 irihəcmli monoqrafiya və dərsliyin, 400-dən artıq elmi məqalənin müəllifi idi. O, elmlər namizədi və elmlər doktorluğu üzrə yazılmış 18 dissertasiyanın elmi rəhbəri olub. Allah rəhmət eləsin!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də