Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qızılcadan vəfat edən 14 yaşlı Nurayın yaxınları danışdı: "Uşaq dedi ki, ana, ölürəm..."- FOTO



Bakıda qızılcadan vəfat edən 8-ci sinif şagirdi Nuray İbrahimovanın peyvənd olunmadığı məlum olub.

Bu barədə Musavat.com-a Nurayın yaxınları məlumat veriblər.

Bildirilir ki, ailədə Nuraydan başqa böyük bacısı və qardaşı da qızılcaya yoluxublar, hazırda qardaşının vəziyyəti ağırdır:

"Nurayın babası rəhmətə getdiyinə görə ailə Ağdaşa getməli olub.  Ata-anasının başı yas mərasiminə qarışdığına görə, vəziyyəti ağırlaşıb. Uşaq dayanmadan qusub, qızdırma yüksək olub. Nuray özü dilə gəlib deyib ki, ana, çox pisəm, ölürəm. Amma ona əhəmiyyət verməyiblər. Yalnız uşağın qulağından qan gələndən sonra Bakıya modul tipli xəstəxanaya çatdırıblar. Nuray bir gün sonra xəstəxanada komaya düşüb. Axşam saat 8-də isə aparatdan ayırıblar".

Yaxınları onu da bildirir ki, uşaqlar heç biri peyvənd olunmayıblar.

Nuray İbrahimova Ağdaşda dəfn edilib.

Qeyd edək ki, Nuray İbrahimova Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi idi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də