
Bakıda və Abşeron yarımadasında dumanla əlaqədar görünüş 50-500 metrədək məhdudlaşıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, hazırda Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur.
Qeyd edilib ki, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb, nisbi rütubət 88-92 faiz intervalında olub.