Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının istefası ilə əlaqədar Ukrayna prezidenti Vladimir Zelenskinin reytinqi dekabrdan 13% aşağı düşüb.
Bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) məlumatları sübut edir.
“V. Zelenskiyə etimad dekabrdakı 77%-lə müqayisədə 64% təşkil edir (inamsızlıq dekabrda 22%-dən fevralda 35%-ə yüksəlib)”, - araşdırmada deyilir.
Həmçinin qeyd olunur ki, ukraynalıların 40%-i Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırskiyə, 21%-i isə onun yeni vəzifəsində fəaliyyətinə inanmır. Bundan əlavə, məlumatlar Zelenskinin ofisinin rəhbəri Andrey Yermaka respondentlərin yalnız 27%-nin etibar etdiyini göstərir.